SON XƏBƏRLƏR

2042-də ABŞ əhalisi "qaralacaq"

2021.10.20, 07:36
2042-də ABŞ əhalisi "qaralacaq"

Gunaz.tv
2042-də ABŞ əhalisi "qaralacaq" Bu əsrin ortalarında ABŞ-da yaşanacaq demoqrafik inqilab nəticəsində hazırda ölkədə çoxluq təşkil edən ağdərillər etnik azlığa dönəcəklər. Amerika Siyahıyaalma Bürosunun hesabatında bildirilir ki, 2042-ci ildə Birləşmiş Ştatlarda ağdərililərin sayı azalacaq, "baby boom" nəticəsində qocaların sayı artacaq. Latın Amerikasından ABŞ-a mühacirətin sürətlə davam etməsi və "latinos"ların ailələrində doğuşların sayının artması nəticəsində onların sayı artaraq 2050-ci ildə 132,8 milyona çatacaq. 2042-ci ildə "latinos"lar, qaradərililər, hinduların nəticələri və əslən ispandilli ölkələrdən olan amerikalılar ölkə əhalisinin 50%-dən çoxunu təşkil edəcək. Ağdərililər isə əhalinin 48%-nə bərabər olacaq. ------------------------------------------------------------------------- Amerika Yəhudi Komitəsinin icraçı direktoru mətbuat konfransı keçirtdi devid-allan.jpg «Cənubi Qafqazda sabitliyin bərpası həm region, həm də İsrail və Birləşmiş Ştalar üçün çox vacibdir. Biz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münanişəsinin tezliklə həllinə tərəfdarıq». Bu fikirləri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris ölkəmizə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında sələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar