SON XƏBƏRLƏR

Təbrizin avtobus parkı yararsız vəziyyətdədir

2022.01.22, 13:15
Təbrizin avtobus parkı yararsız vəziyyətdədir

Gunaz.tv

“Hazırda avtobus parkının dağınıq durumda olmasının əsas amillərindən biri son 8 ildə avtobusların yenilənməməsi və təmir edilməməsidır.

Bu əhalinin əziyyət çəkməsinə səbəb olub və buna görə xalqdan üzr istəməliyik”-deyə, İsmaili Təbrizin yerli mediasına verdiyi açıqlamada bildirib.

Son 8 ildə Təbriz kimi çox milyonluq şəhərin avtobus parkı üçün az sayda avtobusun əlavə olunduğunu bildirən Əyyub İsmaili bu müddət ərzində yeni avtobusların alınması, təmiri və texniki baxışı üçün heç bir büdcənin ayrılmadığını qeyd edib.

Qeyd edək ki, ötən günəş ilinin sonlarında Təbrizin avtobus parkına əlavə olunması nəzərdə tutulan yeni avtobusların İsfahan şəhərinə verilmiş və bu Şəhər Şurası və Təbriz Sərnişindaşıma Nəqliyyat Şirkətinin etirazları ilə qarşılanmışdı.

C.E

 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar