Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

09.08.2022, 12:25

Təbriz zindanının 12-ci bölməsində saxlanılan milli fəal Ruzbeh Pirinin xəstəliyinin şiddətlənməsinə baxmayaraq onun xəstəxanaya köçürülməsinə icazə verilmir.

Gunaz.tv Quote | Gunaz article

Mədə xəstəliyindən əziyyət çəkən Piri son günlər vəziyyəti pisləşdiyi üçün zindanın tibbi bölməsinə köçürülüb.

Orada siyasi məhbusu müayinə edən həkimlər onun zindandan qıraqda müalicə olunması barədə rəy veriblər.

Ancaq yazılı həkim rəyi və arayışına baxmayaraq, zindan rəhbərliyi siyasi məhbusun yenidən saxlanıldığı bölməyə qaytarılmasına göstəriş verib.

İran zindanlarında normal müayinə və müalicə imkanları, dərman preparatları olmadığı üçün Ruzbeh Pirinin ailəsi dəfələrlə onun xəstəxanaya köçürülməsi ilə bağlı müraciət edib, ancaq nəticə ala bilməyiblər.

Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb.

İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar.

Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.  

“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib. 

cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Yaşıllığı məhv edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir"-Ekoloqdan çağırış

2022-09-29

gun az article

İranda daha bir tanınmış jurnalist həbs edildi

2022-09-29

gun az article

"İranla nüvə sazişini canlandırmaq üçün danışıqlar dalana dirənib"- Ağ Ev

2022-09-29

gun az article

"İranda baş verənlər sistemli qətllərə, ayrı-seçkilik yaradan qanunlara üsyandır"- Beynəlxalq Əfv Təşkilatı

2022-09-29

gun az article

Amerika İrana məxsus pilotsuz təyyarəni vurub

2022-09-29

gun az article

"Tehranda 185 "Bəsic" üzvü yaralanıb"-SEPAH-dan açıqlama

2022-09-29

gun az article

Ancelina Coli İranda etiraz edən qadınlara dəstək verdi

2022-09-29

gun az article

“Erasmus+” 2 proqramının açılış mərasimi keçirilib

2022-09-28

gun az article

Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"

2022-09-29

gun az article

İbrahim Rəisi yenidən etirazçıları iğtişaşçı adlandırdı

2022-09-29

gun az article

Sərhədsiz Reportyorlar Təşkilatı İranda 33 jurnalistin həbsdə olduğunu bildirib

2022-09-29

gun az article

İranda etiraz aksiyaları davam edir

2022-09-29

gun az article

İran parlamentinin bir qrup üzvü kütləvi etirazları pisləyən bəyanat yayıb

2022-09-28

gun az article

Fransanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

2022-09-28

gun az article

Kəlbəcərdə Ermənistanın açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

2022-09-28

gun az article

İspaniya İranda etirazçılara qarşı qəddarlığa görə bu ölkənin səfirini XİN-ə çağırıb

2022-09-28

gun az article

ABŞ öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb

2022-09-28

gun az article

Şiraz Universitetində etiraz aksiyası keçirilir-VİDEO

2022-09-28

gun az article

Tehranın 3 zindanına 2 min etirazçı aparılıb

2022-09-28

gun az article

İran yenidən Azərbaycan sərhəddinə yaxın bölgədə terrorçu tutduğunu iddia edib

2022-09-28