Bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass "Times" radiosuna deyib.
“Ukraynanın bərpası üçün bizim yeni Marşall Planına ehtiyacımız var və əslində elə biz bu məsələni G7-dəki həmkarlarımla keçirdiyim görüşdə müzakirə etdik.
Ukraynanın bərpasında Rusiya aktivlərindən istifadə etmək üçün nə edə biləcəyimizi nəzərdən keçiririk. Əlbəttə, Rusiyanın Ukraynanın bərpasına töhfə verməsini təmin etmək üçün çalışacağıq”, - Britaniyanın xarici işlər naziri vurğulayıb. (apa)
Ayxan