SON XƏBƏRLƏR

Həmədanda vandalizm: Tarixi “Doktor Şiri” binası uçurulub

2021.10.20, 07:36
Həmədanda vandalizm: Tarixi “Doktor Şiri” binası uçurulub

Gunaz.tv

Həmədan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, tarixi tikilinin kimlər tərəfindən uçurdulduğu məlum deyil.

Abidənin sahibi tərəfindən dağıdılması ehtimal edilir.

“Məsələnin araşdırılması, günahkarların ortaya çıxarılması üçün addımlar atılıb. Oktyabrın 12-də məsələ iə bağlı mətbuat konfransı keçiriləcək və əlavə məlumatlar veriləcək”-deyə, məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Həmədan şəhərində yerləşən başqa bir tarixi tikili, “Zəfər” məktəbi dağıdılıb. 

Həmədan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Əli Malmir, məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, yüksək tarixi və mədəni dəyəri olan “Zəfər” məktəbinin binası əlaqədar qurumlara bilgi verilmədən gizlicə uçurdularaq yox edilib.

“Tarixi və mədəni dəyəri olan tikililər barədə əsasən Həmədan bələdiyyəsinə məlumat verilir. Bu isə bir çox hallarda Mədəni İrs Təşkilatının müdaxiləsinə icazə vermədən tarixi tikililərin uçurulması ilə nəticələnir”-deyə, Malmir Həmədan bələdiyyəsinin tarixi abidələrə qarşı məsuliyyətsiz davranışını qınayıb.

Qeyd edək ki, Həmədanda 1830 tarixi abidə. əsər və mədəni irs mövcuddur. Bunlardan 1000-i mədəni əsərlər siyahısında qeydə alınıb.

Hal-hazırda Həmədan şəhərində 35 tarixi tikili və ev var. Onlar bələdiyyə idarəsi və başqa dövlət qurumlarının laqeydliyi ucbatından dağıdılmaq təhlükəsi ilə qarşılaşıblar.

C.E

14000719000879_Test_NewPhotoFree.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar