SON XƏBƏRLƏR

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021.12.04, 11:12
Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

Gunaz.tv

 Dekabrın 3-də Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərində milli-mədəni və ətraf mühit fəalları şəhər küçələri və ictimai yerlərdə çox sayda afışalar yayıb.

Onlar hökumətin gölün bərpasına laqeyd yanaşmasına etiraz ediblər. 

Afişalar üzərində Urmu gölünün acınacaqlı durumu və digər ekoloji problemlərlə bağlı şüarlar yazılıb.

Bununla fəalalr əhalinin diqqətini cəlb etməyə çalışıblar. 

Qeyd edək ki, son həftə ərzində Kərəc, Təbriz, Ərdəbil, Zəngan və Urmu şəhərlərində Urmu gölü ilə bağlı oxşar aksiyalar təşkil edilib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar