SON XƏBƏRLƏR

Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

2022.05.26, 07:32
Yaxınları milli fəal Məhəmməd Eyninin taleyindən nigarandır

Gunaz.tv

Qeyd edək ki, onun barəsində dəqiq məlumat verilmir.

Yaxınları bildirib ki, bundan öncə Məhəmməd Eyninin girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması ilə bağlı müraciətlərinə müsbət cavab verilməyib.

Fəalın taleyi barədə suallara cavab olaraq məsullar yalnız cinayət işinin prokurorluqdan məhkəməyə göndərildiyini deyiblər. 

Qeyd edək ki, Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni 2022-ci il yanvarın 22-də təhlükəsizlik idarəsinə çağırılıb.

Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə gedən fəal saxlanılıb və uzun müddət ETTELAAT təcridxanasında dindirildikdən sonra mart ayının əvvəllərində Rəşt şəhərinin mərkəzi zindanına köçürülüb.

Ondan sonra onun telefon danışığı, ailəsi ilə görüşünə icazə verilməyib və nədə ittiham olunduğu barədə hər hansı bilgi almaq mümkün olmayıb. 

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar