SON XƏBƏRLƏR

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021.12.04, 10:21
Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

Gunaz.tv

Onun sözlərinə görə, bu üzdən sərmayəçilərin əksəriyyəti Binabdan köçməyə məcbur olub.

O, Binab müharibədən çıxmış şəhərə oxşadıb və dörd il içində 6 bələdiyyə başçısının dəyişdirilməsinin şəhərin inkişafına mənfi təsir göstərdiyini söyləyib. 

“Son illər bürokratik və süni maneələrin çoxalmasına görə bir çox sərmayəçilər Binabdan başqa bölgələrə köçüblər. Əhali danışmaqdan və etiraz etməkdən yorulublar”-deyə, Fəthi bildirib. 

Binab Şəhər Şurasının başçısı Əli Purcəfəriyan isə şəhər və ətraf bölgələrin yol infrastrukturunun bərbad olduğunu deyib və şəhər bələdiyyəsinə yetərli vəsait ayrılmadığı üçün işçilərin əmək haqlarının ödənilməsində çətinlik çəkildiyini qeyd edib. 

Binab şəhərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Baqiri Binabi şəhərin durumunun acınacaqlı olduğunu və bir çox kəndlərin Binabdan daha abırılı göründüklərini deyib. 

Millət vəkili Binabın zəngin bölgələrdən biri olduğuna diqqət çəkərək sərmayəçilərin cəlb olunması üçün şərait yaradılmadığını bildirib. 

C.E

13990714000538_Test_PhotoN.jpg

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar