SON XƏBƏRLƏR

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

2022.01.22, 08:42
Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

Gunaz.tv

Bu fikirləri cümə namazından sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Ukrayna səfərindən sonra Moskvaya da səfər edə biləcəyini açıqlayıb:

“Ukrayna ilə də eyni şəkildə yaxşıdır. Bu müsbət inkişaf fonunda Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsini qəbul etmirik. Rusiya ilə Ukrayna arasında sülhün bərqərar edilməsində vasitəçi ola bilərik. 

Bu məsələdə üzərimizə düşən vəzifə nədirsə, ona hazır olduğumuzu daha öncə də ifadə etmişdik. Qarşıda Ukraynaya səfərim var. Bu arada, bəlkə, Moskvaya səfər etdim. Biz regionda sülhün hakim olmasını istəyirik”.  (yenisabah.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar