SON XƏBƏRLƏR

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021.12.04, 07:41
Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

Gunaz.tv

Bunu Ərdoğan-Putin danışığını şərh edən siyasi icmalçı Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, müharibənin başa çatmasından sonra Rusiya bölgədə “tək hakim” rolunu saxlamaq üçün bu mərkəzin aktiv fəaliyyətinin qarşısını alıb.

“Ankara və Bakının məqsədi isə bölgədəki proseslərdə yekun sözün rus sülhməramlı kontingentinin rəhbərliyində yox, mərkəzdə olmasına nail olmaqdır və istisna deyil ki, bu məsələ zaman-zaman qapalı təmaslarda da gündəmə gətirib. Bakı Qarabağda erməni terrorçuların təxribatları ilə bağlı da davamlı olaraq mərkəzi məlumatlandırır.

Ərdoğanla Putinin müzakirələri haqda informasiyalarda həmişə mərkəzin fəaliyyətinin qənaətbəxş olduğu vurğulanırdı. İlk dəfədir Türkiyə prezidenti mərkəzin imkanlarından istifadəyə çağırır, yəni bununla aktivləşdirmək istədiyini elan edir”.

Ekspert deyir ki, Ankaranın bunu indi açıq şəkildə dilə gətirməsi təsadüfi deyil: sərhədin delimitasiya və demarkasiyası prosesinin yekununda Qarabağda Ermənistan de-fakto oyundan kənarlaşdırılacaq; Ankara, Bakı və Moskvanın qalacağı oyunda Türkiyə bu mərkəz üzərindən təsir imkanlarını genişləndirmək, ən azı ruslarla balansı bərpa etmək niyyətindədir;

“Bakı və Ankaranın buna nail olmaq üçün praktiki gedişlər etməsi də mümkündür”. (modern.az)

 Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar