SON XƏBƏRLƏR

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021.12.04, 10:24
İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

Gunaz.tv

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli əməkdaşları İsfahan əyalətinin Nəcəbabad şəhərinin sakini olan Səttar Rzayini dekabrın 1-i axşam saatlarında atasının mənzilində tutub naməlum istiqamətə aparıblar.

Səttar Rzayinin konkret nədə günahlandırılması və onun hazırda harada saxlanılması hələlik bəlli deyil. 

Qeyd edək ki, isfahanlı əkinçi və kəndlilərin və onlara dəstək verən İsfahan əhalisinin son iki həftədə susuzluğa qarşı keçirdiyi dinc etirazların rejim qüvvələrinin repressiyalarına məruz qalmasından sonra əkinçilərə dəstək verən yerli fəhlə aktivistlərin və siyasi-mədəni fəalların həbsi geniş vüsət alıb.

Xatırladaq ki, noyabrın 26-dan buy ana İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin etirazçı fermerlərə yaxın məsafədən saçma tüfənglərdən açdığı birbaşa atəş nəticəsində ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözündən kor olub.

İki gözdən kor olanlardan biri 15 yaşlı bir yeniyetmədir.

caab0000-0aff-0242-dd0e-08d9b4b1da13_w1023_r1_s.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar