SON XƏBƏRLƏR

Xanım Zəhra(Sona) Fərəczadə azadlığa buraxılıb

2021.10.20, 07:36
Xanım Zəhra(Sona) Fərəczadə azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Tanınmış azərbaycanlı milli-mədəni fəal, Hazırda həbsdə saxlanılan Ayət (Yürüş) Mehrəlibəylinin həyat yoldaşı xanım Zəhra (Sona) Fərəczadə 4 ay müvqqəti saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Xanım Fərəczadə dünən oktyabr ayının 12-də (Mehr ayının 20-i) 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında zadlığa buraxılıb. O müvqqəti olaraq məhkəmə iclası başlayana qədər azadlıqda olacaq.

 

Qeyd edək ki, Hazırda həbsdə saxlanılan tanınmış milli-mədəni fəal cənab Ayət Mehrəlibəylinin həyat yoldaşı  (Yürüş) xanım fərəczadə 2010-cu il iyun ayının 19-da (xordadın 29-u) Təbriz İnqilab məhkəməsinə müraciət edərək, həyat yoldaşı ilə telefon əlaqəsı saxlamaqla bağlı icazə istəmişdi. O məhz bu müraciət zamanı tutuqlanıb və həbs olundu.

 

Xatırladaq ki, Xanım fərəczadə 111 gün Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təknəfərlik kamerasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar