SON XƏBƏRLƏR

Mürtəza Pərvin siyasi məhbusların aclıq aksiyasına dəstəyini bəyan edib

2025.10.31, 12:50
Mürtəza Pərvin siyasi məhbusların aclıq aksiyasına dəstəyini bəyan edib

Evin Həbsxanasında həbsdə olan Azərbaycanlı rəssam və vətəndaş fəalı Morteza Pərvin, etiraz mətni dərc edərək Evin həbsxanasında və Təbriz Mərkəzi Həbsxanasında həbsdə olan siyasi məhbusların aclıq aksiyasına dəstəyini elan edib.

Gunaz.tv

Mürtəza Pərvinin yaxınlarının sözlərinə görə Pərvin bəy həbsdə olan digər fəalların aclıq eyləminə dəstəyini ifadə edim və onların işinin qeyri-müəyyən şəraitdə qalmasına etirazını bildirir.

Mürtəza Pərvin  aclıq eyləminin ikinci günündən bəri fəallara dəstəyini ifadə edib.

“İnsanların nəfəs almasının belə siyasiləşdirildiyi, insanların geyimlərinin, ana dilinin, Urmiya gölünün, su və elektrik çatışmazlığına, yüksək qiymətlərə etirazın siyasiləşdirildiyi bir dövrdə insan haqları vəkilinin yeri əlbəttə ki, həbsxanadadır." - deyə Pərvin bəyin bəyanatında qeyd edilib.

Bəyanatda Tahir Nəqəvi, Vədud Əsədi və Kərim İsmayılzadənın ağır durumuna diqqət çəkilib və onların həbsxanada qaldıqları müddətdə sağlamlıqlarını itirdiklləri vurğulanıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar