SON XƏBƏRLƏR

Rubio Amerikanın Venesuelaya hücum hazırlıqları ilə bağlı xəbərləri təkzib edib

2025.11.01, 08:27
Rubio Amerikanın Venesuelaya hücum hazırlıqları ilə bağlı xəbərləri təkzib edib

Amerikanın dövlət katibi Marko Rubio Birləşmiş Ştatların Venesuelaya hücuma hazırlaşdığı barədə xəbərləri təkzib edib.

Gunaz.tv

Dövlət katibi bu barədə "X" sosial şəbəkəsindəkui səhifəsində yazıb.

Beləcə, Rubio "Miami Herald" qəzetinin Venesuelaya planlaşdırılan hücumlar barədə xəbərinə cavab verib.

"Sizin vəziyyətdən məlumatlı olan "mənbələriniz" guya, "məlumat veriblər" və sizi aldadıb, saxta xəbərlər yazmağa vadar ediblər", - dövlət katibi qeyd edib.

Daha əvvəl Venesuela ilə həmsərhəd olan Trinidad və Tobaqonun müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Amerikanın Cənub Komandanlığı isə Karib dənizində əməliyyata hazırlaşdığını elan edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar