SON XƏBƏRLƏR

Arman Zəncan azarkeşləri milli şüarlar səsləndiriblər

2025.10.25, 10:40
Arman Zəncan azarkeşləri milli şüarlar səsləndiriblər

Dünən axşam 6000 nəfərlik Zəncan stadionunda Arman Zəncan komandasının azarkeşləri milli şüarlar səsləndiriblər.

Gunaz.tv

Azarkeşlər bu şəhərin Azərbaycan kimliyini vurğulayaraq “Armanım, Zəncanım, Gözəl Azərbaycanım”, “Azərbaycan var olsun, istəməyin kor olsun” və “Urmu, Təbriz, Ərdəbil, bu səs Zəncandan gəlir” kimi şüarlar səsləndiriblər.

Komandanın tərəfdarları həmçinin türk dilində “rşqin məni dardə salıb”, “bir, iki, üç, Arman” kimi digər şüarlar da səsləndirdilər.

Son illərdə Zəncan şəhəri və əyaləti, Azərbaycanın digər bölgələri kimi, xüsusilə şəhər gəncləri arasında türk-azərbaycan kimliyinin getdikcə daha çox böyüməsinə və güclənməsinə şahid olur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar