SON XƏBƏRLƏR

Bayden İrana qarşı fövqəladə vəziyyəti daha bir il uzatdı

2023.11.08, 12:12
Bayden İrana qarşı fövqəladə vəziyyəti daha bir il uzatdı

ABŞ prezidenti Co Bayden İrana qarşı “milli fövqəladə vəziyyət”in icra sərəncamını daha bir il uzadıb.

Gunaz.tv

"Amerika-İran münasibətləri hələ də normallaşmayıb və buna görə də İrana qarşı “fövqəladə vəziyyət”lə bağlı 1979-cu ilin noyabrından qərara alınan proses davam edəcək",- bəyanatda bildirilib.

1217 saylı fərman Cimmi Karterin prezidentliyi dövründə və Tehrandakı Amerika səfirliyinin işğalından 10 gün sonra verilib.

"İran “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhdiddir”,- fərmanda qeyd edilib.

Qeyd edək ki, 2023-cü il martın 15-də Co Bayden Konqresə göndərdiyi məktubda İranla bağlı 12957 saylı “Milli Fövqəladə Hallar” icra sərəncamının müddətini daha bir il uzatmışdı.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar