SON XƏBƏRLƏR

Azərbaycanlı vəkil Şiraz şəhəri məhkəməsinə çağırılıb

2023.11.10, 14:08
Azərbaycanlı vəkil Şiraz şəhəri məhkəməsinə çağırılıb

Almaniya sakini məşhur güneyli vəkil Sina Yusifi, sistemə qarşı təbliğat ittihamı ilə Şiraz Məhkəməsinin 6-cı Şöbəsinə çağırılıb.

Gunaz.tv

İranın Elektron Məhkəmə Sistemi tərəfindən “Azərbaycan İnsan Haqları Təşkilatının” sədr müavini Yusifiyə bildiriş göndərilməklə özünü məhəkəməyə təqdim etməsi tələb olunub.

Güneyli vəkil “X” hesabında məhkəməyə çağırılması barədə məlumat verib.

“dünən Şiraz Məhkəməsinin 6-cı Şöbəsi mənə hakim imzaladığı bildirişi göndərib. Bildirişə əsasən sistemə qarşı təbliğat ittihamı ilə noyabrın 18-i məhkəmənin şöbəsində mühakimə olunacağam. 

Respublikanın məhkəmə sisteminin fikrincə ədalətli mühakimə, müttəhimlərin müdafiə hüququna riayət olunması və vəkillə təmin olunmalarını tələb etməyim sistemə qarşı təbliğat hesab olunur.” -deyə Yusifi yazıb. 

Xatırladaq ki, Sina Yusifi  Güney Azərbaycanın milli hərəkat fəallarının müdafiəsini bir neçə dəfə üzərinə götürüb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar