SON XƏBƏRLƏR

Almaniyanın məşhur qəzeti İran hakimiyyətinin antisemitizm siyasətinə qarşı hərəkətə keçib

2023.11.11, 15:13
Almaniyanın məşhur qəzeti İran hakimiyyətinin antisemitizm siyasətinə qarşı hərəkətə keçib

Almaniyanın Bild qəzeti Xaməneyinin yəhudilərə qarşı düşmənçilik siyasətinin əleyhinə kampaniya keçirib.

Gunaz.tv

Kampaniyadan məqsəd Almaniya cəmiyyətinin diqqətini dünya siyasətçilərinin əməllərinə çəkmədir. Buna İranın və Rusiyanın rəhbərləri Əli Xaməneyi və Putin də şamil edilib. 

Belə ki, qəzet Almaniyada bir neçə gündür başlanmış antisemitizm dalğası artdığı səbəbindən üzərində Xamıneyinin şəkili quraşdırılmış avtomobili Berlində İranın səfirliyi qarşısından keçirməklə şəhərdə gəzdirib. 

Xaməneyinin şəkili üzərində farsca və almanca qeyd olunub: “yəhudilərin öldürülməsinə maliyyə dəstəyiniz davam edənə qədər biz bu barədə yazacayıq.”

Həmçinin Rusiyanın Ukraya xalqına qarşı cinayətlərini qınamaq məqsədi ilə başqa bir avtomobilə quraşdırılmış Vladimir Putinin şəkili üzərində rusca və almanca yazılıb: “qətliamınız davam edənə qədər biz bu barədə yazacayıq.”

Putinə aid avtomobil son məqsəd olaraq Rusiyanın Səfirliyi yanında dayanıb.

Qəzetin sözçüsü Kristian Sneft bir neçə gün öncə kampaniya barədə deyib: “hər şeydən öncə fikrimizi siyasət məslələrinə toplamışıq. Biz xalqın problemləri və istəklərini hər zaman nəşr etdirəcəyik.”

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar