SON XƏBƏRLƏR

Milli fəallar təhlükəsizlik idarələrinə çağırılıblar

2023.11.13, 08:00
Milli fəallar təhlükəsizlik idarələrinə çağırılıblar

Təbrizdə yaşayan milli-mədəni fəallar Şahin Bərzgər və Vəhid Əbhəri Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yeri bölməsinə çağırılıblar.

Gunaz.tv

Bu barədə fəalların yaxınları məlumat verib və onların telefon vasitəsilə bölməyə dəvət olunduqlarını bildiriblər.

Məlumatda qeyd edilib ki, hər iki fəal çağırışla bağlı rəsmi məhkəmə hökmü olmadığı üçün bunun qanunsuz olduğunu və təhükəsizlik idarələrinə getməyəcəklərini deyiblər.

Onların nəyə görə çağırıldıqları ilə bağlı təjlükəsizlik əməkdaşları heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Şahin Bərzgər və Vəhid Əbhəri Azərbaycan mədəniyyəti ilə bağlı dinc fəaliyyət göstərən tanınmış fəallardırlar.

Onlar bundan əvvəl mədəni fəaliyyətlərinə görə həbd edilib və təzyiqlərə məruz qalıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar