SON XƏBƏRLƏR

Təbrizli etirazçı işçilər cəzalandırılır

2023.11.14, 13:46
Təbrizli etirazçı işçilər cəzalandırılır

Bundan əvvəl tətil aksiyası keçirən Təbrizin "Şuniz" (Dadaş bəradər) zavodunun 10 işçisinə qarşı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Bu, onların 28 oktyabrda işçilərin tətil aksiyasında fəallıq göstərmələri ilə bağlıdır.

Təbrizli işçilər qeyd edilən tarixdə əmək haqlarının ödənilməməsinə, qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına və iş təhlükəsizliklərinin olmamasına etiraz edib, işi dayandırmışdılar.

Onlar zavod rəhbərliyi və əlaqədar dövlət qurumlarının nümayəndələri ilə görüşmək istəsələr də bu, baş tutmamışdı.

Azad İşçilər Birliyinin məlumatında qeyd edilib ki, 10 işçiyə qarşı cinayət işinin açılması başqa işçiləri qorxudub və susdurmaq məqsədi daşıyır.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar