SON XƏBƏRLƏR

İranın aviasiyasında digər bir hadisə

2023.11.18, 12:47
İranın aviasiyasında digər bir hadisə

Gunaz.tv

Hadisə barədə (Güney Azərbaycanın) Binab şəhəri Səhənd Hava Limanının rəisi Qulamrza Əhmədi məlumat verib.

İranın “İran Air” Sərnişin Daşıma Cəmiyyətinə məxsus təyyarə 44 sərnişinlə dünən noyabrın 17-i limana eniş edərkən çarx təkərlərində texniki qüsur əmələ gəlib. 

Əhmədinin iddiasına əsasən 44 sərnişinin hamısı “tamamilə sağlam” vəzyətdədirlər və heç biri xəsarət almayıb.

Bir sıra yerli qaynaqların bildirməsinə istinadən təyyarə enərkən təkərlərinin lastiklərində köhnəlmə səbəbindən çat əmələ gəlib. 

Xatırladaq ki, İranın İslami Şura Məclisinin İnşaat Komissiyasının üzvü Hüseyn  Zəhi cari ilin iyulunda bildirmişdir ki, Respublikanın təyyarələrinin 50 faizi könəlmiş vəziyyətdə xidmət göstərir. 
 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar