SON XƏBƏRLƏR

Beynəlxalq Forumunda İran təhdidi müzakirə olunub

2023.11.18, 13:43
Beynəlxalq Forumunda İran təhdidi müzakirə olunub

Kanadada keçirilən üç günlük "Halifaks" Təhlükəsizlik Forumunun əsas müzakirə mövzularından biri İranın törətdiyi təhdidlərdir.

Gunaz.tv

Əsas çıxışçılardan biri olan Kanadanın müdafiə naziri Bill Blair ölkəsinin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini deyib. 

"SEPAH-a qarşı daha çox sanksiya tətbiq etməyi ciddi şəkildə düşünürük, lakin təfərrüatları qeyd etməyəcəyəm. Bu sanksiyaların məqsədi İranın terrorizmi yaya bilməməsi və onu qlobal səviyyədə dəstəkləməsinin qarşısını almaqdır",- müdafiə naziri bildirib.

O, əlavə edib: "Kanada hökuməti İran İnqilab Keşikçiləri Korpusunun fəaliyyətinin nə qədər narahatedici olduğunu başa düşür. Biz bilirik ki, bununla bağlı daha çox iş görməliyik və bu istiqamətdə iş aparırıq".

Qeyd edək ki, beynəlxalq forumda 300 siyasi ekspert, diplomat, və jurnalist iştirak edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar