SON XƏBƏRLƏR

Ötən il İranda 20 min nəfər yol qəzalarında ölüb

2023.11.21, 14:35
Ötən il İranda 20 min nəfər yol qəzalarında ölüb

Yol Polisinin rəisi Həsən Mömini İranda şəhərlərarası yol qəzalarında ölənlərin statistikasının artdığını deyib.

Gunaz.tv

“2022-ci il üzrə ölənlərin sayı 20 min nəfər olub. qəzaların 62 faizinə səbəb insan amili, o cümlədən sürət həddini aşma, qarşıya diqqətsizlik, ötmə, yuxusuzluq və sair olub.”-deyə Mömini açıqlayıb.

Eksperlərin fikrincə insan amili ilə yanaşı İranın yollarının standart və təhlükəsiz olmaması yol qəzalarının törənməsində rolu var. Həmçinin yol qəzasında ölənlərin yarısı İranın istehsal etdyi Prayd və Pejo avtomobillərinin sərnişinləri olub. Belə ki, beynəlxalq standartların çoxuna malik deyillər.

Digər yüksək polis vəzifəlisi Kamal Hadianfərin bildirməsinə əsasən respublika yollarında qəza törədə bilən 5 min 200 nöqtə var. 

İranın müvafiq rəsmiləri həməçinin bildirir ki, qəzaya düşmüş şəxslərin 43 faizi xəsətxanaya çatdırılandan sonra “tibbi müdaxilədə səhvə” görə ölür.
 
Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar