SON XƏBƏRLƏR

"Dünya qadınlarının rəhbərliyini əlimizə keçirməliyik."- İranın birinci xanımı

2023.11.21, 16:03
"Dünya qadınlarının rəhbərliyini əlimizə keçirməliyik."- İranın birinci xanımı

“Dünya qadınlarının rəhbərliyini əlimizə keçirə bilmək üçün çox işlər görülməliyik.” İranın birinci xanımı Cəmilə Ələm-ül-Hüda.

Gunaz.tv

İran prezidenti İbrahim Rəisinin yoldaşı, sözlərinin davamında hicab məsələsini əsas tutaraq deyib: “Qadını Allahın istədiyi kimi tərbiyə və təqdim edə bilməmişik. Bunun üçün düşüncə təməlləri yaratmalıyıq. Bunları tələbələrə, yeni nəsilə və məktəblərdə tətbiq etməliyik.”

İranın birinci xanımı qadın haqları barədə deyib: “biz qadınlar və ailə sahəsində yazılan və tərcümə olunmuş düşüncələrdən hələ də uzaqlaşa bilməmişik. 

Həmçinin ölkəmizdə qadınlar üzrə mövcud yaradıcılıq, təşəbbüs, yeni düşüncə tərzi və yaxşı potensiallar barədə iş görə bilməmişik. Biz qadınlarımızı dünya üçün model kimi təqdim etməliyik.”

Qeyd edək ki, İranda qadınların hüquqlarının pozulması və qadının insan kimi izzətinin bərpası barədə 1 ildən artıqdır yüzlərlə qadının hakimiyyət tərəfindən həbs olunması və öldürülməsi ilə nəticələnən hərəkat başlayıb.

İran qanunlarına əsasən qadının dəyəri kişinin yarısı qədərdir. Ata və ər qadını “namus” məsələsində öldürərsə cəzalandırılmır və bəraət verilir.
 
Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar