SON XƏBƏRLƏR

Dünyanın ən iri kriptovalyuta kompaniyası 4 milyar dollar cərimələnib

2023.11.22, 11:43
Dünyanın ən iri kriptovalyuta kompaniyası 4 milyar dollar cərimələnib

Binans (BINANCE) dünyanın ən iri kriptovalyuta kompaniyası çirkli pulların yuyulması üzrə İran və sair təşkilatlarla transaksiya əməliyyatı etdiyi səbəbindən 4 milyar dollar cərimələnib.

Gunaz.tv

Komopaniya ABŞ-ın çirkli pulların yuyulması barədə qanunları pozduğuna etiraf edərək 4 milyar 300 milyon dollar cərimə ödəmək üçün Amerikanın Maliyyə Nazirliyi ilə razılaşıb.

“Binans İranlı istifadəçiləri və ABŞ arasında 900 milyon dollar transaksiya əməliyyatı edib. Kompaniya onların sanksiya tətbiq olunmuş ölkələrdə olduqlarını bilirmiş.” ABŞ-ın baş prokuroru Merik Qarland.

Kompaniyanın icraçı direktoru Çanqpenq Jao qanun pozuntusuna etiraf edərək ABŞ dövləti ilə bu barədə razılaşma olaraq 50 milyon dollar cərimə ödəyib tutduğu vəzifədən kənarlaşmağa razılaşıb.

Amerika rəsmilərinin ifadələrinə əsasən Binans Kompaniyası həmçinin ABŞ-ın terorist tanıdığı, o cümlədən HƏMAS, Əlqaidə və İŞİD kimi təşkilatlarla 100 mindən artıq transaksiya əməliyyatı apardığını bildirməyib.
 
Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar