SON XƏBƏRLƏR

"Referendum keçirməklə keçmişdəki səhvlərə düzəliş edin."- iranlı universitet müəllimi

2023.11.22, 14:50
"Referendum keçirməklə keçmişdəki səhvlərə düzəliş edin."- iranlı universitet müəllimi

Həkim Səbzvari adına Unversitetin elmi heyətinin üzvü Həsən Baqirinia İranın rəhbəri Əli xaməneyini referendum keçirməyə çağırıb.

Gunaz.tv

Universitet müəllimi Baqirinia bir ildən artıqdır İranda başlamış hərəkata qarşı hakimiyyətin siyasətlərini tənqdi etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb və tədrisinə qadağa qoyulub.

O, paylaşdığı videoda “Qadın, Yaşam, Azadlıq” hərəkatında mövqelərini bildirməklə İranın rəhbəri Xaməneyiyə deyib: “tut-həbəs et əvəzinə referendum keçirin. Yol verdiyiniz səhvlərə düzəliş edin.”.

İşindən qovulmuş müəllim videoda Xaməneyiyə deyib: “alınan canlara və kor edilmiş gözlərə niyə etinasız qalmalısınız? Özünü qorumağa insan öldürən sistem “dolğun ağac” ola bilməz.”

Qeyd edək ki, “Dolğun Ağac” termini kəsilə bilməyən analamında olaraq İran rejiminin rəsmiləri tərəfindən hakimiyyəti oxşamaq üçün istifadə olunur.

Xatırladaq ki, qadın azadlıqları üzər başlamış hərəkat zamanı hakimiyyətin məmurları tərəfindən hərəkatda iştirak edən qadınlara qırma mərmiləri ilə sifətlərinə atəş açılaraq 1 göz və bəzi hallarda 2 gözdən görmə qabiliyyətini itiriblər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar