SON XƏBƏRLƏR

İrakli Qaribaşvili Bakıya gəlir

2023.11.24, 10:35
İrakli Qaribaşvili Bakıya gəlir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb. Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Gunaz.tv

Bildirilib ki, hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər edir.

Məlumata görə, İrakli Qaribaşvili səfər çərçivəsində SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşündə fəxri qonaq qismində iştirak edəcək.

Həmçinin, hökumət başçılarının iştirakı ilə keçiriləcək paneldə çıxış edəcək. İrakli Qaribaşvilinin  Prezident İlham Əliyevlə görüşəcəyi də gözlənilir. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar