SON XƏBƏRLƏR

Taliban İranın yanacaq tankerlərini geri qaytardı

2023.11.27, 13:00
Taliban İranın yanacaq tankerlərini geri qaytardı

Əfganistan hökuməti İrana məxsus 100-dən çox keyfiyyətsiz yanacaq tankerini geri qaytarıb.

Gunaz.tv

Bu barədə Əfqanıstanın Milli Standartlar Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, son bir ayda İrana məxsus 160 tanker dizel və benzini keyfiyyətsiz olması səbəbi ilə Fərəh əyalətindəki sərhəd-keçid məntəqəsindən İrana geri göndərilib.

Əvvəllər bir neçə dəfə İranın keyfiyyətsiz yanacaq tankerlərini geri qaytaran Taliban hökuməti keyfiyyətsiz yanacağın idxalının qarşısını almaq üçün ciddi və praktiki addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, Əfqanistan və İraq Özbəkistan və Rusiyadan daha keyfiyyətli, yüksək standartlara cavab verən benzin idxal etdiyinə görə İran yanacağından imtina etməyə başlayıb

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar