SON XƏBƏRLƏR

Tarixi abidələrin bərpasına ayrılan vəsait verilmir

2023.11.28, 10:53
Tarixi abidələrin bərpasına ayrılan vəsait verilmir

İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri İzztullah Zərğami ölkədə tarixi abidə və əsərlərin məhv olmaq üzrə olduğunu deyib.

Gunaz.tv

O, bu barədə yerli mediaya müsahibəsüində bildirib.

Nazir, bunu tarixi abidələrin qorunub bərpası üçün vəsait ödənilmədiyi ilə əlaqələndirib.

"Cari büdcə ilində Mədəni İrs, Turizm və Əl İşlərii Nazirliyinin tikinti büdcəsi 1 trilyon 500 milyard tümən idi. Onun bir hissəsi tarixi abidələrin bərpa işləri ilə bağlı idi, lakin ölkə çətin vəziyyətdədir və indiyədək nəzərdə tutulan məbləğdən bizə heç nə ödənilməyib",- Zərğami qeyd edib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda tarixi abidə dağılmaq üzrədir. 

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar