SON XƏBƏRLƏR

Milli fəal Təbriz həbsxanasına köçürülüb

2023.11.28, 11:21
Milli fəal Təbriz həbsxanasına köçürülüb

Şərqi Azərbaycan əyalətinin Sofyan şəhərindən olan mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı Təbriz həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə fəalın özü noyabrın 27-də ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.

Təhlükəsizlik məmurları onu sentyabrın 9-u səhər saatlarında Sofyan şəhərində həbs edərək, Təbrizin təhlükəsizlik təcridxanasına aparıblar.

O, bir müddət orada dindirildikdən sonra həbsxanaya köçürülüb və sonradan yenidən təhlükısizlik təcridxanasına qaytarılıb.

Qeyd edək ki, Nurməhəmmədi  bir müddət əvvəl qızına türkcə "Hunay" adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

O, paylaşımında bildirmişdi ki, Sofyan şəhərinin Qeydiyyat İdarəsi  Hunay adının İran adları siyahısında olmadığına görə  yabancı ad hesab edildiyini və bu adla sənəd tərtib etməyin mümkün olmadığını deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar