SON XƏBƏRLƏR

Milli şüarlara görə Təbriz klubuna təzyiq göstərilir

2023.11.30, 16:00
Milli şüarlara görə Təbriz klubuna təzyiq göstərilir

Azərbaycanlı azarkeşlərin qarşılaşmalarda milli şüarlar səsləndirdikləri üçün İran Futbol Federasiyası Təbrizin "Traxtur" futbol komandasına təzyiq göstərir.

Gunaz.tv

Bu barədə Azərbaycan klubunun sosial media hesabında məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, Futbol Federasiyasının İntizam Komitəsi "Traxtur" klubuna göndərdiyi məktubda noyabrın 25-də Xuzistanın "Fulad" komandası ilə keçirilən görüşdə azərbaycanlı azarkeşlərin qeyri-etik şüarlar səsləndirdiyini iddia edib və buna görə klubdan izahat istəyib.

İran Futbol Fedetasiyası "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" kimi milli şüarları qeyri-etik hesab edir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar