SON XƏBƏRLƏR

"Ölkənin 2024-cü il üzrə büdcəsi yoxsulluğun artması ilə nəticələnəcək."- iranlı iqtisadçı

2023.12.02, 12:15
"Ölkənin 2024-cü il üzrə büdcəsi yoxsulluğun artması ilə nəticələnəcək."- iranlı iqtisadçı

İqtisadçının fikrincə neft gəlirlərinin azalması və vergilərin artırılması ilə qarşıdakı ildə diqqətə layiq durğunluq törənəcək.

Gunaz.tv

“Hal hazırda inflyasiyanın böyümə əmsalı 45 faizdən yüksəkdir. Digər tərəfdən 2024-cü il büdcəsində respublika üzrə vergilərin 50 faiz artması müəyyən edilib.

Bu isə hökmən durğunluqla və yoxsulluğun artması ilə nəticələnəcək. Başqa sözlə durğunluğun və işsizliyin ötən illə müqayisədə daha da artacağı gözlənilir."- deyə iqtisadçı Əli Qənbəri proqnoz verib.

Qənbəri həmçinin “İqtisad24” saytında İranın 2024-cü il üzrə büdcəsində vergi artımının xalqın yaşam səviyyəsinə və işləməşğulluğa təsirləri barədə danışıb.

"Vergilərin artması ilə isthesal börana tuş gələrək qarşıdakı ildə ölkə infilyasiya səbəbindən misli görünməyən durğunluğa düşəcək. bununla da xalqın yaşam səviyyəsi enərək bu vəziyyət xalq üçün dözülməz olacaq.” iqtisadçı bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar