SON XƏBƏRLƏR

“Tehran məhkəməsinin qərarı dəyərsizdir.”- ABŞ

2023.12.07, 12:13
“Tehran məhkəməsinin qərarı dəyərsizdir.”- ABŞ

ABŞ XİN sözçüsü Tehran məhkməsinin ABŞ-a qarşı qərarının dəyərsiz olduğunu və leqal bazaya malik olmadığını deyib.

Gunaz.tv

Tehranın Ümumi və Hüquqi Məhkəməsinin 55-ci Şöbəsi Hüseynzadənin hakimiliyi ilə dekabrın 5-i Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinə dair 3 iclas keçirib. 

Məhkəmə ABŞ dövləti və bu ölkədə 41 fiziki və hüquqi şəxsi 49 milyar 770 milyon dollar cərimə ödəmyə məhkum edib.

Metyu Miller dekabrın 6-sı keçirdiyi brifinqdə Qasım Süleymaninin öldürülməsi səbəbindən ABŞ-ın cərimələnməsinə dair Tehran məhkəməsinin qərarı barədə sualı cavablandırıb.

“İranın məhkəmə sistemi müstəqil deyil və çıxarılmış hökm dəyərsizdir. İran rejimi kimlərinsə iştirakı və müdaxiləsi ilə məhkəmə iclası keçirə və qərar çıxara bilər. 

Lakin ABŞ öz işindədir və Amerikanın maraqlarını, xalqını qorumağa gərəkən işləri görəcək.” ABŞ XİN təmsilçisi deyib.

Xatırladaq ki, Qasım Süleymani dünya üzrə terror planlarını həyata keçridiyinə və ABŞ vətəndaşlarının öldürülməsinə görə 2020-ci ilin yanvarında keçmiş prezident Donald Trampin əmri ilə Bağdada öldürülmüşdür.
عکس سردار سلیمانی تکه شده

همسر قاسم سلیمانی درگذشت
Süleymani həmçinin Azərbaycan Respublikasında islam respublikası qurmaq məqsədi ilə dəstələr təşkil etdirərək Azərbaycanın sabitliyini pozmağa və dövlətçiliyinə qarşı planlar cızmışdır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar