SON XƏBƏRLƏR

Məktəblərdə dini təhsil almış qadın tələbələr yerləşdiriləcək

2023.12.09, 15:26
Məktəblərdə dini təhsil almış qadın tələbələr yerləşdiriləcək

İranın ibtidai məktəblərində müəllim olaraq dini təhsil almış məzun qadınlar da fəaliyyətə başlayacaq.

Gunaz.tv

Bu barədə Elmiyyə Hövzəsi və Təhsil Nazirliyi Əməkdaşlıq Qərargahı açıqlayıb.

Qərargahın katibi Həmid Nikzad bundan məqsədin “İslami düşüncənin inkişaf etdirilməsi” olduğunu deyib. 

Onun açıqlamasına istinadən ibtidai pillə üzrə hal hazırda "Əsgər Tələbələr" fəlaiyyət göstərir. 

Əlavə olaraq tədris üçün “uşaq və yeniyetmələrə dini tərbiyə”, “uşaq və yeniyetmələrə dini tərbiyə fiqhi” və “uşaq və yeniyetmələrdə dinə bağlılıq tərbiyəsi” ixtisasları üzrə qadın tələbələr də hazırlaşdırılacaq.



Qeyd edək ki, dinin qoruyucusu anlamında olan "Əsgər Tələbələr" deyərkən hal hazırda ibtidai məktəblərdə tədris edən kişi mollalar nəzərdə tutulur.

Həmçinin Hövzdə təhsil alanlara “Tələbə” deyilir və Azərbaycan Respublikasında universitet tələbəsi anlamında deyil, ancaq “Elmiyyə Hövzəsində mollalıq üçün təhsil alan” anlamındadır. 

Məlumata əsasən İbrahim Rəisi iqtidarinin vəzifəyə başlaması vaxtından mollaların məktəblərdə işlə təmin olunmalarına daha ciddi yanaşılıb.

Məlumatlandırma

Qum şəhərində yerləşən “Elmiyyə Hövzəsi” mollalıq və dini tədris qurumu olaraq gənc tələbələr orada təhsil alır.

Qurumda təhsil alıb məzun olan kişi tələbələrə mollalıq geyimi verilir. İldə minlərə tələbə məzun olaraq cəmiyytdə molla kimi fəaliyyətə başlayır. 

Bununla əlaqəli olaraq onların işlə təmin edilməsi probleminin həlli məqsədi ilə cəmiyyətin təhsil və bütün sahlərinə yerləşdirilir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar