SON XƏBƏRLƏR

İsveçrədən Rəisinin həbs edilməsi istənildi

2023.12.12, 14:49
İsveçrədən Rəisinin həbs edilməsi istənildi

İran prezidenti İbrahim Rəisinin İsveçrənin Jenevrə şəhərinə səfəri ərəfəsində ondan şikayət edilib.

Gunaz.tv

Bu barədə Fransa xəbər agentliyi məlumat yayıb.

"İsveçrədə Rəisiyə qarşı hüquqi şikayət verilib və ölkənin dövlət prokurorundan İran prezidentinin səfəri zamanı soyqırım, işgəncə, qeyri-qanuni edam və bəşəriyyətə qarşı digər cinayətlərdə iştirak etdiyinə görə həbs edilməsi tələb edilib edib",- məlumatda bildirilib.

Qeyd edək ki, 13-15 dekabr tarixləri arası keçiriləcək Beynəlxalq Qaçqınlar Forumunda iştirakı planlaşdırılan Rəisinin səfəri qeyri-müəyyəndir.

Bildirilib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın nümayəndə heyətinə başçılıq edəcək və görə də İran prezidenti bu səfərə ümumiyyətlə getməyə bilər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar