SON XƏBƏRLƏR

Azərbaycan İnsan Haqları Cəmiyyəti - ƏRK-ın üçüncü şikayəti BMT-yə göndərilib

2023.12.13, 18:26
Azərbaycan İnsan Haqları Cəmiyyəti - ƏRK-ın üçüncü şikayəti BMT-yə göndərilib

Azərbaycan İnsan Haqları Cəmiyyəti - ƏRK Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təqib və təzyiqlərlə bağlı BMT-ə üçüncü şikayət mıktubunu göndərib.

Gunaz.tv

Şikayət məktubunda azərbaycanlı milli fəaların hər biri üçün fayl açılıb, onların barəsində məlumat verilib.

Bildirilib ki, onların həbsi özbaşına və əsassız səbəblər üzündən baş verib.

Həmçinin, ƏRK Cəmiyyəti Birləşmiş Millətlər Təşkilatından həbs olunanların vəziyyəti ilə maraqlanmağı xahiş edib. 

İnsan Haqları Cəmiyyətinin məlumatlarında Urmu gölünün qəsdən qurudulmasına etiraz edən və Təbrizdə həbs edilən azərbaycanlı milli-mədəni fəalların qeyri-rəsmi təcridxanalarda işgəncələrə məruz qaldıqları qeyd edilib.

Qeyd edək ki, təcridxanada fəallara işgəncə verilməsi ilə bağlı son bir neçə gün ərzində müvəqqəti sərbəst buraxılan fəallar məlumat veriblər.

Davud Şiri və Araz İbrahimnəjadın kabellərlə döyüldüyü və elektrik şoker ilə işgəncə edildiklərini bildirir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar