SON XƏBƏRLƏR

Urmu gölü bərpa edilməsə bütün ölkə fəlakətə sürüklənəcək

2023.12.13, 19:43
Urmu gölü bərpa edilməsə bütün ölkə fəlakətə sürüklənəcək

Urmu Gölü Bərpası Qərargahının Xalq Komitəsinin keçmiş rəhbəri Məhəmməd Hüseyn Həsənzadə ekoloji fəlakətin təsəvvür edildiyindən daha böyük faciələrə yol açacağı barədə xəbərdarlıq edib.

Gunaz.tv

O, bu barədə ekoloji problemlə bağlı qatıldığı dəyirmi masada deyib.

Həsənzadə Urmu gölünün bərpa edilməyəcəyi təqdirdə yalnız Azərbaycan əyalətləri deyil, bütün İranın bu ekoloji böhrana görə qaranlığa sürüklənəcəyini söyləyib.

Ekoloq problemin həllinə mane olan bütün bəhanələri əsassız adlandırıb və gölün bərpasını təmin etmək üçün bir sıra kənd təsərüfatı layihələrinin dayandırılmasının vacibliyini vurğulayıb.

O, bölgədə sənayenin inkişaf etdirilməməsini və bölgə sakinlərinin həyatının yalnız əkinçilikdən asılı edilməsini böyük səhv hesab edib, bunun ekoloji problemin meydana gəlməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar