SON XƏBƏRLƏR

İranda xanım cərrah hicaba görə Uniersitetdən qovuldu

2023.12.13, 19:51
İranda xanım cərrah hicaba görə Uniersitetdən qovuldu

Bir müddət əvvəl Gilan əyalətinin Babol şəhərində nümunəvi həkimlərin təltifetmə marisiminə başı açıq qatılan cərrah Fatimə Rəcayirad cəzalandırılıb.

Gunaz.tv

Bu barədə həkim özü məlumat yayıb.

O, sosial media hesabında etdiyi paylaşımda Babol şəhərinin Tibb  Elmləri Universitetindən qovulduğu barədə rəsmi məktub aldığını yazıb.

Qeyd edək ki, bundan əvvəl ounun Universitetdə dərs deməsinə qadağa qoyulmuşdu.

Bununla yanaşı təltifetmə mərasimində iştirak edən Amol şəhərinin tibb fakültəsinin müdiri, Amol şəhərinin "İmam Xomeyni" xəstəxanasının məsulu və Mazandaran əyalətinin tibb sisteminin rəhbəri tutduqları vəzifədən azad ediliblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar