SON XƏBƏRLƏR

Prezident İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul edib

2023.12.15, 16:09
Prezident İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

Gunaz.tv

Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. 

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunub. 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirilib. 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar