SON XƏBƏRLƏR

İranda 57 milyard dollarlıq korrupsiya

2023.12.18, 11:33
İranda 57 milyard dollarlıq korrupsiya

İranda son vaxtlar daha bir neçə korrupsiya faktının ifşasından sonra bu barədə yeni məlumatlar yayılıb.

Gunaz.tv

İran parlamentinin keçmiş üzvü Hişmətullah Fəlahətpişə bu barədə açıqlama verib.

O, ölkədə mənimsəmələr barədə açılan cinayət işlərində ümumi oğurluq məbləğinin 57 milyard dollar olduğunu bildirib.

Bundan əvvəl Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri olan Fəlahətpişə bunun hakim olan özbaşınalıq və nəzarətsizlikdən irəli gəldiyini deyib.

O, hakimiyyət məsulları arasında mövcud olan yanaşma tərzi və əhval ruhiyyənin daha böyük korrupsiya hallarına yol açacağını qeyd edib.

Parlamentin keçmiş üzvü ifşa olunan böyük korrupsiya halları qarşısında İbrahim Rəisi hökuməti və parlamentin susqunluğunu tənqid edib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar