SON XƏBƏRLƏR

İran Rusiyaya tarix və coğrafiya müəllimi göndərmək istəyir

2023.12.25, 10:45
İran Rusiyaya tarix və coğrafiya müəllimi göndərmək istəyir

İran parlamentinin sədr müavini Müctəba Zülnuri İranın Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməyə hazır olduğunu deyib

Gunaz.tv

"Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə, ərəb hökumətlərinin onları aldatmasının qarşısını almaq istəyirik",- o, qeyd edib.

Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə Rusiya ilə ərəb ölkələri arasında keçirilən birgə iclasda, İran körfəzində yerləşən 3 mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləyən bəyanat qəbul edilib.

Rusiya hazırda İranın nəzarətində olan "Kiçik Tonb", "Böyük Tonb" və "Əbu Musa" adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən bəyanata qol çəkib.

Rusiyanın ərəb ölkələrinin mövqeyini dəstəkləməsi İran tərəfinin sərt reaksiyası ilə qarşılaşıb.

Bununla bağlı İran Rusiyaya nota verib, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın XİN başçısı Sergey Lavrova etiraz edib.

İran mediası Rusiyaya qarşı kampaniya başladıb və rəsmi Moskva Tehrana xəyanət etməkdə günahlandırılıb.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar