SON XƏBƏRLƏR

Simnanda məhkəmə məmurları həbs edilib

2023.12.26, 13:06
Simnanda məhkəmə məmurları həbs edilib

İranın Simnan əyalətində 13 məhkəmə işçisi həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin baş hakimi Məhəmməd Cəfər Abdullahi məlumat verib.

O, dövlət məmurlarının korrupsiya və nikahdan kənar cinsi münasibətə görə saxlanıldıqlarını deyib.

Onun sözlərinə görə, son 9 ay ərzində hökumət məmurlarının rüşvət almaq və qanunsuz cinsi münasibətləri barədə 350 şikayət daxil olub.

Abdullahi 13 məmurun kimliyi barədə açıqlama vermədən onların təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirib.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının fevralın əvvəlində yaydığı hesabatda İran ən çox korrupsiyyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar