SON XƏBƏRLƏR

İran Ermənistanda fars dilinin inkişafına dəstəyini artırır

2023.12.27, 10:19
İran Ermənistanda fars dilinin inkişafına dəstəyini artırır

İranın Ermənistandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Müvəhhid İrəvanın 200 nömrəli məktəbində görüş keçiriblər.

Gunaz.tv

İranlı nümayəndələr məktəbdə fars dili öyrənən şagirdlərlə görüşüb, məktəb rəhbərliyi ilə məsləhətləşmələr aparıblar.

İran səfiri, 1600 şagirdin oxuduğu və 750 şagirdin fars dili öyrəndiyi məktəbin problermlərinin həllinə yardım edəcəklərini deyib.

Qeyd edək ki, İranla Ermənistan arasında güclənən hərtərəfli münasibətlər fonunda Ermənistanda fars dilinin tədrisi genişləndirilir.

Bir müddət əvvəl İranın İrəvandakı səfiri Mehdi Sübhani ilə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Anderyasiyan arasında keçirilən görüşdə fars dilli məktəblərin sayının artırılması barədə razılıq əldə olunub.

Bir müddət əvvələ kimi Ermənistanın 10 məktəbində fars dili öyrənilirdi. İndi isə  İrəvanın daha 7 məktəbində fars dili və ədəbiyyatı xüsusi fənn kimi icbari tədris olunur. 

İranın Ermənistandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Müvəhhid İrəvanın 200 nömrəli məktəbində də görüş keçiriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar