SON XƏBƏRLƏR

6 cilddən ibarət "Aşıqlar incəsənəti" ensiklopediyasının təqdimatı olunub

2023.12.30, 13:02
6 cilddən ibarət "Aşıqlar incəsənəti" ensiklopediyasının təqdimatı olunub

Aşıq ədəbiyyatı, musiqisi və tarixindən bəhs edən ensiklopediya Tehran şəhəri “Bəhmən” Mədəniyyt Sarayında təqdim olunub.

Gunaz.tv

Dekabrın 28-i keçirilmiş təqdimatda Məsud Namdarın başçılığı ilə Şiraz Əyalətindən Qaşqay Aşıqlar Qrupu, həmçinin Mehrab Basurinin başçılığı ilə Çahar Maha və Bəxtiyari əyalətindən qaşıqlar qrupu sazla bayatılar ifa ediblər. 

Tədbirin davamında Vəhid Ətanın başçılığı ilə Gülüstan əyalətindən (keçmiş Türkmən Səhra) aşıqlar çıxış ediblər.

Tədbirdə məşhur saz ustadı Çingiz Mehdipur, Təbrizin millət vəkili Əhməd Əlirza Beygi, İranın keçmiş enerji naziri Həmid Çitçian, Şərqi Azərbaycanın keçmiş valisi Məhəmmədəli Sübhanullahi iştirak ediblər.

Həmçinin onlarla birgə şair Məhəmməd Salmani, “İran Aşıqları Evinin” müdiri Səlcuq Şahbazi və “Aşıqlar incəsənəti” Ensiklopediyasının müəllifi Əli Polad əsərin açılışı üçün səhnəyə dəvət olunublar.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar