SON XƏBƏRLƏR

Qasım Süleymaninin yas mərasiminə həmlə barədə versiya 

2024.01.04, 11:01
Qasım Süleymaninin yas mərasiminə həmlə barədə versiya 

Yerusəlim Poçt qəzetinin siyasi analizinə əsasən, Süleymaninin yas mərasimə həmlə ölkədaxili qruplar tərəfindən olunub.

Gunaz.tv

Qəzetin yazdığına görə, İranın Kirman şəhərində olmuş hadisə barədə hələ dəqiq məlumat yoxdur. Lakin mövcud infomasiyalara istinadən partlayışları yerli bir qrupun törətdiyi güman olunur. 

“İranda müxtəlif səbəblərə görə hakimiyyətə qarşı mübarizə edən fərqli qruplar var. O cümlədən, Xozistan Əyalətində Əhvaz Milli Müqavimət Qrupunu, 

həmçinin  İranın şimal-qərbində kürd və cənub-şərqində bəluç silahlı qruplarını qeyd etmək olar. Əlavə olaraq, illər öncə İranda İŞİD və Əl-Qaidə tərəfindən də həmlələr olunub.”-deyə qəzet qeyd edib. 

Xatırladaq ki, SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymani dünya üzrə ABŞ vətəndaşlarına qarşı terror aktlarına başçılıq etdiyinə görə 2020 ilin yanvar ayının 3-ü İraqın Hava Limanında Amerika tərəfindən PUA həmləsi ilə öldürülüb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar