SON XƏBƏRLƏR

12 ölkə Husilərə xəbərdarlıq edib

2024.01.04, 13:17
12 ölkə Husilərə xəbərdarlıq edib

Qırmızı Dənizdə gəmilər və sivillərə həmlələr barədə 12 ölkə, o cümlədən ABŞ Yəmən Husilərinə xəbərdarlıq edib.

Gunaz.tv

ABŞ, Avstraliya, Bəhreyin, Kanada, Yaponiya, Yeni Zellandiya, Belçika, Danimarka, Almaniya, İtaliya, Hollandiya və Britaniya birgə bəyanatla Husilərdən həmlələri dayandırmağı tələb ediblər.

“Husilərin Qırmızı Dənizdə ardıcıl həmlələri qanunsuz, dözülməz və sabitliyi pozan hərəkətdir. Ticarət gəmilərinə qəsdən həmlə heç bir qanuni əsasa malik deyil. 

Naviqasiya sərbəstliyinə qarşı bir başa həmlələr dünya ticarətinin damarını təşkil edən bölgə üçün təhlükəlidir. Həmlələr böyük bir beynəlxalq problem olduğuna görə təcili beynəlxalq hərəkətə keçməyi vacib edir. 

Bizim mesajımız tamamilə aydındır: biz həmlələrin dərhal dayandırılmasını, qanunsuz saxlanılan gəmi və personalının sərbəst buraxılmasını tələb edirik.

İnsanlara, dünya iqtisadiyyatına və beynəlxalq sularda sərbəst ticarətə həmlələr davam edərsə, Husiləri cavabdeh edəcəyik”-deyə bəyanatda bildirilib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar