SON XƏBƏRLƏR

İran valyutası yenidən ucuzlaşdı

2024.01.23, 15:49
İran valyutası yenidən ucuzlaşdı

İran azad bazarında ölkə pulunun ucuzlaşması davam edir.

Gunaz.tv

Hazırda azad bazarda bir ABŞ dolları 54580 tümən, avro isə 59517 tümənə bərabər olub.

İqtisadçılar qarşıdakı günlərdə İran pulunun daha çox ucuzlaşacağını bildirirlər.

Qeyd edək ki, "Forbes" jurnalının ötən ilin sonlarında yaydığı məlumata görə, İran rialı yenidən dünyanın ən ucuz valyutası kimi rekord vurub.

İran pulu 2023-cü ilin iyul ayından bəri daha sürətlə dəyərdən düşməyə davam edir.

92 il ərzində rialın qızıla nisbətdə dəyəri 6 milyon dəfə, rialın dollara nisbətdə dəyəri isə təxminən 16 min dəfə azalıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar