SON XƏBƏRLƏR

"Özümüz deyirik ki, İrəvanı biz yaratmamışıq" - Erməni deputat

2024.01.24, 14:01
"Özümüz deyirik ki, İrəvanı biz yaratmamışıq" - Erməni deputat

Ermənistan Milli Assambleyasının "Hayastan" fraksiyasını təmsil edən deputatı Qeqam Nazaryan diqqət çəkən fikirlər səsləndirib.

Gunaz.tv

O, "Mamul"a açıqlamasında İrəvanda ermənilərin yaşamaması məsələsinin artıq ermənilər üçün adiləşməsindən danışaraq gileylənib.

"7-ci sinif tarix dərsliyində yazılanları, eləcə də bura salınmamış faktları oxumusunuzmu? Heç olmasa o dərsliyi oxuyub özünüz nəticə çıxarmısınız, yoxsa başqalarının fikirlərinə əsaslanırsız?

Amma məni hazırda daha çox başqa bir sual maraqlandırır. Niyə yalnız 7-ci sinif tarix dərsliyinə dəyər verirsiniz, qalanlarına yox?

Üstəlik, erməni Vikipediya platformasında İrəvan haqqında yazılanlara belə fikir vermirsiniz...", - o, qeyd edib.

Deputat xatırladıb ki, "Bu platformada yazılanlara görə, İrəvan və Van ermənilər tərəfindən qurulmayıb".

"Hətta V əsrdə İrəvanda ermənilərin yaşamasına şübhə ilə yanaşılmasına görə də qəzəblənmirsiniz?

Yazını türklər, azərbaycanlılar, yaponlar yox, ermənilər yazıblar. Məqalə müəllifləri öz xalqımızın nümayəndələridir. Buna biganə qalan insanlar da bizim xalqdır",- erməni deputat gileylənib.

 

AzVision.az

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar