SON XƏBƏRLƏR

İsrailli nazir: İran qanuni hədəfdir

2024.01.25, 11:05
İsrailli nazir: İran qanuni hədəfdir

İsrailin iqtisadiyyat naziri Nir Barkat deyib ki, İran İsrailin raket hücumları üçün qanuni hədəfdir. 

Gunaz.tv

O, bu barədə “Teleqraf” qəzetinə verdiyi müsahibədə deyib.

"İlanın başı Tehrandır",- deyə, Barkat baş verənlərin arxasında İran hökumətinin dayandığını bildirib.

“İsrail döyüşməyə davam edə bilər və bu müharibə böyük böhran olduğu qədər, həm də əla fürsətdir. Bir milyard şekellik gündəlik xərcə baxmayaraq, İsrail müharibəni davam etdirə, Livana qarşı yeni cəbhə aça bilər”, - nazir qeyd edib.

O əlavə edib ki, İsrasil qəti şəkildə Tehranın İsrailə qarşı proksi qüvvələrdən istifadənin nəticələrindən xilas olmayacağından əmin olmalıdır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar