SON XƏBƏRLƏR

Suriyada İrana bağlı hərbi yük karvanına zərbə endirilib

2024.01.25, 13:13
Suriyada İrana bağlı hərbi yük karvanına zərbə endirilib

İraq-Suriya sərhədində İrana bağlı qüvvələrə məxsus hərbi maşınlara hava zərbələri endirilib.

Gunaz.tv

Hərbi maşınlar Suriyanın ölkənin şərqindəki Deyr-əz Zor əyalətinin Əl-Bukamal bölgəsinin şərqində Suriya və İraq sərhədində hərbi məqsədlər üçün istifadə edilən keçiddə  hədəfə alınıb.

Hava hücumlarının məsuliyyətini heç bir ölkə öz üzərinə götürməsə də, zərbələrin İsrail tərəfindən endirildiyi ehtimal edilir.

Qeyd edək ki, Fərat çayı üzərində yerləşən Deyr əz-Zorun şərq bölgəsi ABŞ-nin dəstəklədiyi PKK/YPG terror qruplaşmalarının nəzarəti altındadır.

Şəhərin mərkəzi və digər kənd yerləri isə Əsəd rejiminin və İranın dəstəklədiyi terrorçu qrupların nəzarətindədir. 

Bu hücumdan bir gün əvvəl isə Əl-Bukamalda İranın Livan Hizbullahı üçün PUA-lar və raketlər daşıyan yük maşını məhv edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar